Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın tərəfdaşlığı ilə “ADA Məzun Forumu 2022” tədbiri keçirilib. 18-19 iyun tarixlərində baş tutan bu tədbir “Qarabağ gələcəkdə” mövzusuna həsr olunub. Beləliklə də, tədbirdə Qarabağın gələcək inkişaf imkanları və ehtiyatlarının artırılması istiqamətləri əhatə edilib.
“Bizi ADA Universiteti ilə həmrəy edən ideya gənclərə öz potensiallarını reallaşdırmağa kömək etmək və onların peşəkar inkişafını dəstəkləməkdir. Önümüzdəki çağırışların öhdəsindən gələcək və iqtisadiyyatın şaxələndirilməsinə töhfə verəcək liderlərin yetişdirilməsi bizim üçün çox önəmlidir” , - deyə “PAŞA Bank”ın İnsan Resursları departamentinin direktoru Zibeydə Hacıyeva tədbirdə çıxışı zamanı bildirib.



