«PASHA Bank Cup II» proqramlaşdırma yarışmasının qalibləri açıqlandı

3 September 2020

Azərbaycanın aparıcı korporativ bankı PASHA Bank, yerli İT mütəxəssisləri arasında keçirilən «PASHA Bank Cup II» yarışmasının nəticələrini açıqladı.

Proqramlaşdırma yarışmasının final mərhələsində müxtəlif yaş kateqoriyalarında 40 finalçısı iştirak etmişdir. Müsabiqənin son mərhələsində ölkənin ən istedadlı İT mütəxəssisləri və ya gələcək İT mütəxəssisləri qarışıq suallardan ibarət və müxtəlif çətinlik dərəcəsinə malik 6 tapşırığın həllində 4 saat ərzində yarışdı

"PASHA Bank Cup II" yarışmasının münsiflər heyəti Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə, Bakı Mühəndislik Universitetinin baş müəllimi Etibar Seyidzadə, PAŞA Bankın Rəqəmsal Mühəndislik şöbəsinin rəhbəri Vüsal Xəlilov, PAŞA Bankın Rəqəmsal Laboratoriyasının eksperti Rəşad Əmircanov və mühəndisi Şəhriyar Novruzov bütün tapşırıqları hamıdan daha sürətli və daha yaxşı yerinə yetirən 9 qalibi seçdi.

Beləliklə, «PASHA Bank Cup II» yarışmasının qalibləri aşağıdakılardı:

 

Kateqoriya: MəktəblilərQalibYekun nəticəMükafat
1 yerMurad Eynizadə100Apple MacBook Pro 13
2 yerƏziz Hüseynov100e-reader Pocketbook 614 Black
3 yerHüseyn Hacıyev76.4Xiaomi Mi Band 4
Kateqoriya: TələbələrQalibYekun nəticəMükafat
1 yerZiya Muxtarov100Apple MacBook Pro 13
2 yerÜlvi Aslanlı74Apple AirPods 2
3 yerNicat Hüseynov69.8e-reader Pocketbook 614 Black
Kateqoriya: MütəxəssislərQalibYekun nəticəMükafat
1 yerRəşad Məmmədov84.8Apple MacBook Pro 13
2 yerFərid Əhmədov67.2Apple iPad 9.7 32GB Wi-Fi Grey
3 yerRamil Həsənov61Apple AirPods 2

Xatırladaq ki, İT mütəxəssisləri üçün sayca ikinci “PAŞA Bank Cup II” yarışmasında 300-dən çox insan iştirak etmiş, onlardan 55-i müsabiqənin final mərhələsinə yüksəlmişdir.
İl ərzində baş tutan 4 seçmə mərhələ HackerRank platforması üzərindən onlayn aparılmışdır. PAŞA Bank, Azərbaycanda proqramlaşdırma sektorunun inkişafına, o cümlədən bu ixtisas üzrə təhsil alan məktəblilər və tələbələrin biliklərinin artırılmasına və artıq mütəxəssislərin peşə bacarıqlarının artırılmasına yönəlmiş müsabiqələrin keçirilməsini davam etdirməyi planlaşdırır.

3 September 2020