PAŞA Bank onlayn valyutadəyişmə əməliyyatlarını həftənin 7 günü 24 saat rejiminə keçirdi

11 October 2018

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank müştəri məmnuniyyətini əsas tutaraq onlayn valyutadəyişmə əməliyyatlarını həftənin 7 günü 24 saat rejiminə keçirdi.

Belə ki, Bank müştərisi İnternet Bankinq xidmətinə qoşularaq iş günü bitdikdən sonra, hətta həftəsonlarında belə bu unikal imkandan yararlanaraq valyutadəyişmə əməliyyatını yerinə yetirə bilər. Müştərilər artıq növbəti iş gününü və ya iş həftəsini gözləməklə vaxt itirməyəcək, biznesləri üçün lazımi əməliyyatları daha tez və rahat həyata keçirəcəklər.

11 October 2018