“PASHA Private Banking” müştəriləri üçün 250-dən çox daşınmaz əmlak layihəsini özündə cəmləyən eksklüziv bir təklif hazırlayıb. Belə ki, Kiprin ən kosmopolit şəhərlərindən olan Pafos və Limassolda mənzillər, villalar almaq, yatırım etmək və bank tərəfindən maliyyələşdirmə şərtləri ilə daşınmaz əmlak əldə etmək mümkün olacaq.
Kipr adasının cənub-qərb hissəsində yerləşən Pafos şəhəri sevgi və gözəllik ilahəsi Afroditanın doğulduğu yerdir. Bir vaxtlar Kiprin qədim paytaxtı olan Pafos bu gün Avropa Birliyinin Mədəniyyət Paytaxtı elan edilmiş ən mənzərəli şəhərlərindən biridir.


