Ölkənin aparıcı korporativ bankı “PAŞA Bank”ın premium xidmətlər təklif etdiyi “PASHA Private Banking” şöbəsi yeni yatırım imkanlarını təqdim edir.
Belə ki, Adriatik dənizi sahilində yerləşən Monteneqronun Portonovi şəhərciyində “Sky Villas”, “One&Only Private Homes”, “The Marina” və “The Village” komplekslərində ev sahibi olaraq yatırım imkanlarından yararlanmaq mümkündür. Monteneqroda ev sahibi olmaqla 5%-dək xarici valyutada stabil illik gəlir əldə edəcəksiniz. Əmlakın icarəyə verilməsi prosesi tam olaraq Portonovi kompleksi tərəfindən həyata keçirilir.




