PAŞA Bank öz sosial cavabdehlik proqramı çərçivəsində gənc nəslin sağlam yetişməsinə, həyata pozitiv baxışının formalaşmasına, gələcəyə əminliklə baxmasına xüsusi diqqət ayırır. Bu baxımdan ən geniş yayılmış, aristokratik və eyni zamanda demokratik idman növlərindən olan böyük tennisin ölkəmizdə inkişaf etdirilməsi diqqətimizi cəlb etmişdir.
PAŞA Bank öz sosial cavabdehlik proqramı çərçivəsində növbəti layihə həyata keçirmişdir
26 апреля 2012


Sağlam həyatın təbliğini qarşısında məqsəd qoyan Bank gənclər arasında tennis turniri keçirmişdir. Bu turnir dünyanın 15 ölkəsindən 115 gənc idmançını bir araya gətirmişdir. Rusiya, Ukrayna, Belorusiya, Gürcüstan, Moldova, Qazaxstan, Makedoniya, Bolqarıstan, Belçika, Türkiyə, Çexiya, Lüksemburq, Avstriya, Böyük Britaniyadan ölkəmizə təşrif buyurmuş iştirakçılar 14 və 16 yaş olmaqla iki qrupda yarışmışdır. Azərbaycanın Tennis Federasiyasının Baş Katibi İlham Quliyev PAŞA Bankın maliyyələşdirdiyi turnirin olduqca yüksək səviyyədə təşkil olunduğunu və Bakı Tennis Akademiyasında təhsil alan tələbələrin beynəlxalq turnirlərdə iştirak etməsi üçün gözəl təcrübə qazandırdığını bildirmişdir.

PAŞA Bank kubokundan dərhal sonra keçirilən və Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş tennis turnirinin maliyyələşdirilməsi də PAŞA Bankın bu idman növünə ayırdığı xüsusi diqqətin bariz nümunəsidir.
Другие новости

30 октября 2026
PASHA Bank представляет новый кредитный продукт POS Kredit для предпринимателей

28 октября 2026
PASHA Bank запустил новую программу бонусных миль для держателей карт Miles&Smiles PASHA Bank

23 октября 2026