Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” və “Deloitte Azərbaycan”ın birgə təşkilatçılığı ilə həyata keçirilən “Best Managed Companies Azerbaijan 2025” müsabiqəsi uğurla yekunlaşıb. 5 iyun tarixində keçirilən rəsmi təltifetmə mərasimində bu ilki qaliblərin adları ictimaiyyətə elan olunub.
Müsabiqənin əsas məqsədi Azərbaycanın özəl sektorunda fəaliyyət göstərən şirkətlərin strateji idarəetmə, insan kapitalının inkişafı, maliyyə sabitliyi və sosial məsuliyyət sahələrində beynəlxalq səviyyədə dəyərləndirilməsi və bu sahələrdə qabaqcıl təcrübələrin tətbiqinə təşviq edilməsidir. Proqram çərçivəsində iştirakçılar “PAŞA Bank” və “Deloitte Azərbaycan”-un ekspert komandası tərəfindən dərin təhlil prosesindən keçərək, inkişaf üçün strukturlaşdırılmış tövsiyələr alıblar.









