Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 29 aprel 2025-ci il tarixində Bakıda “Lizinq və faktorinq: İnkişafın ikitərəfli həlli” adlı konfrans keçirib.
Konfrans çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin faktorinq və lizinq məhsulları ilə bağlı qarşılaşdıqları çətinliklər, mövcud çağırışların tərəfdaşlara çatdırılması və Bankın “CustomerFirst” yanaşması ilə bağlı vacib məqamlar müzakirə olunub. Eyni zamanda, maliyyələşmənin sürəti və şəffaflığı, sənəd dövriyyəsinin sadəliyi, onlayn platformaların mövcudluğu və həmin platformaların texniki dəstək keyfiyyəti barədə fikir mübadiləsi aparılıb. Həmçinin, tərəflər arasında müqavilə şərtləri, faizlər və limitlərə dair şəffaf yanaşmaların tətbiqi və məsuliyyət və risk bölgüsünün ədalətli şəkildə aparılması da diqqət mərkəzində olub.













