Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”, “Azərbaycanda alternativ investisiyalarla tanışlıq: beynəlxalq maliyyə institutları və yerli bazar iştirakçıları arasında tərəfdaşlıq” adlı konfransı keçirir.
“PAŞA Bank” “Azərbaycanda alternativ investisiyalarla tanışlıq” konfransı keçirir
29 ноября 2024



“Four Seasons” mehmanxanasında keçirilən tədbirin əsas məqsədi yerli bazarda alternativ investisiyaların cəlb edilməsi potensialını üzə çıxarmaq və beynəlxalq maliyyə standartlarına uyğun inkişaf strategiyalarını müzakirə etməkdir.

Konfransda iştirak edən tənzimləyici qurumların nümayəndələri, beynəlxalq maliyyə institutlarının ekspertləri, sahibkarlar və iş adamları bu sahədə birgə əməkdaşlığı, iqtisadi artımı dəstəkləyən maliyyə alətlərinin tətbiqi, investisiya ekosistemindəki çağırışlar və imkanlara dair fikir mübadiləsi aparırlar. Tədbir çərçivəsində keçirilən müzakirə panelində, dəvət edilmiş ekspertlər maliyyə institutları və korporativ müştərilər arasında dialoqun qurulması, investor risklərinin azaldılması, bizneslər üçün faydalı mühitin yaradılmasını ətraflı müzakirə edirlər.

“PAŞA Bank” yerli bazar iştirakçıları, beynəlxalq maliyyə institutları, investorlar və ölkəmizin real sektorunun təmsilçiləri arasında tərəfdaşlığın inkişafını gücləndirərək, Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına dəstək verməyi davam etdirəcək.

Другие новости

30 октября 2026
PASHA Bank представляет новый кредитный продукт POS Kredit для предпринимателей

28 октября 2026
PASHA Bank запустил новую программу бонусных миль для держателей карт Miles&Smiles PASHA Bank

23 октября 2026