Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın “PASHA Private Banking” ofisində mədəniyyəti və irsimizi simvolizə edən böyük incəsənət sərgisinin əsərləri yenilənmişdir.
Sərgidə yerli rəssamlar Təranə Səid, Tahir Şıxəliyev, Lyubov Mir Cavadova, Anar Hüseynzadə, Emin Əsgərov, Arif Ələskərov, Cavid Məmmədov, Natiq Fərəcullayev, Mir Azər Abdullayev və Rafail Əliyevin əsərləri yer alır.
“PASHA Private Banking”in öz müştəriləri üçün təşkil etdiyi sərgi ən müasir bank xidmətlərindən faydalanmaq imkanı ilə yanaşı, həm də istedadlı rəssamların əsərlərindən zövq almaq və müəlliflərlə ünsiyyətdə olmaq fürsəti verir. Əlavə olaraq, “PASHA Private Banking” müştərilərinə sərgidə bəyəndikləri sənət əsərlərini almaq imkanı da yaradır.






