Oktyabrın 11-də Azərbaycanda ilk dəfə keçirilən “Dəyər günləri” çərçivəsində “Sosial sahibkarların korporativ satınalmalar sərgisi” keçirilib. “Education HUB” və “Dəstəkçi” təşkilatçılığı ilə reallaşan və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə baş tutan tədbirin əsas tərəfdaşı qismində ölkənin aparıcı maliyyə institutu PAŞA Bank çıxış etmişdir.
Sərginin keçirilmə məqsədi sosial sahibkarlıq subyektləri ilə korporativ sektor arasında tərəfdaşlıq əlaqələri yaratmaq, onları dövlət satınalma proseslərində iştiraka təşviq etmək olub. “KOB Evi”-ndə təşkil edilmiş sərgidə ümumilikdə 50-dən çox sosial sahibkarlıq subyektləri iştirak edib.


