Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” zəngin təcrübəsini paylaşmağa davam edir. Bank tərəfindən trenddə olan sahələrə və istiqamətlərə dair məlumatların paylaşıldığı “Meetups by PASHA Bank” layihəsi çərçivəsində keçirilən növbəti görüş data mövzusuna həsr olunub.
Noyabr ayının 15-i baş tutan və “Data that drives decisions” mövzusunda keçirilən bu görüşdə “PAŞA Holding”ə daxil olan şirkətlərin əməkdaşları iştirak edib.


