Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” tərəfindən “Risklərin idarə edilməsi konfransı 2022” tədbiri keçirilib.
“PAŞA Bank”ın təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası, “PwC”, “Deloitte”, “Anthesis Group”, “Crede”, “Provenir” kimi şirkətlərin dəstəyi ilə oktyabr ayının 5-də “Four Seasons” mehmanxanasında baş tutan konfrans bir neçə müzakirə paneli və tətbiqi sessiyalardan ibarət olub.
Konfransda çıxış edən yerli ve beynəlxalq təcrübəli spikerlər təşkilatlarımız üçün ən təhlükəli risklərin potensial təsiri, dəyişkən mühitdə kredit risklərinin öhdəsindən gəlməyin yolları və rəqəmsal risklərin biznesə inteqrasiyası kimi mühüm mövzulara dair mövqelərini səsləndiriblər.



