Əməkdaşlarının peşəkar inkişafının dəstəklənməsi yönündə bir sıra layihələri icra edən ölkənin aparıcı korporativ bankı PAŞA Bank " Müştəri Meneceri məktəbi" adlı yeni daxili layihəsinin başladığını elan edib.
Layihə öz peşə karyerasını Bankın biznes seqmentində Müştəri meneceri qismində davam etdirmək istəyən PAŞA Bank işçilərinə yönəlib. "RM School" layihəsinin əsas məqsədi Korporativ Bankçılıq seqmentindəki müştərilərə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün bilik və praktiki bacarıqların təkmilləşdirilməsini təmin etməkdir. "RM School" layihəsinin təlim hissəsi 3 moduldan ibarətdir ki, iştirakçılar "Müştəri yönümlülük", "Agile Metodologiya", "İctimai çıxışlar", "Design Thinking", "Öz Müştərini Tanı", "Məlumatların toplanması və analizi” kimi mövzular üzrə tətbiqi təlimlərdə və master klasslarda iştirak edəcəklər.



