42
Azərbaycanın bölgələrində aqrobiznesin 
inkişafına yönəlmiş seminarlar 
PAŞA Bankın ekspertləri Şəkidə 
sahibkarlarla görüş keçirdilər
Şəki-Zaqatala iqtisadi rayonunda kənd 
təsərrüfatının inkişafına töhfə vermək üçün 
Şəki şəhərində dəyirmi masa keçirilmişdir. 
PAŞA Bank ətraf regionlarda fəaliyyət göstərən 
mövcud və potensial korporativ müştərilərini bir 
araya gətirərək onları müvafiq bank məhsulları 
və xidmətləri ilə bağlı məlumatlandırmışdır. 
Biznes subyektləri və fərdi sahibkarlarla bank 
məhsullarına olan tələbat, fəaliyyət göstərdikləri 
sahələr və üzləşdikləri səciyyəvi çətinliklərə dair 
müzakirələr aparılmışdır. Kommersiya bankçılığı 
bölməsi bu dəyirmi masada əldə edilmiş məlumat 
əsasında müvafiq cavab tədbirlərini görmüş, 
məhsul və xidmətlərini yaxşılaşdırmışdır.
Qubada dəyirmi masa
PAŞA Bankın kommersiya bankçılığı 
bölməsi 2017-ci ildə digər dəyirmi masanın 
Qubada keçirilməsinə təşəbbüs göstərmişdir. Bu 
tədbir bankın Quba-Xaçmaz iqtisadi rayonunda 
kənd təsərüfatının inkişafına verdiyi töə ilə 
bağlı məlumatlandırma xarakteri daşımışdır. 
Tədbirdə mövcud və potensial müştərilərlə 
onları maraqlandıran əsas mövzulara dair 
fikir mübadiləsi baş tutmuşdur. PAŞA Bank 
bu müzakirələr zamanı əldə edilmiş məlumat 
əsasında yeni bank məhsullarını ərsəyə 
gətirmişdir.
PAŞA Bank Amerika-Azərbaycan 
Ticarət Palatasının (USACC) tərəfdaşlığı ilə 
illik konfrans keçirmişdir
Amerika-Azərbaycan Ticarət Palatasının 
(USACC) illik konfransı 2017-ci ilin mart 
ayında Vaşinqtonda, Kolumbiya Dairəsində 
baş tutmuşdur. Diplomatik missiyalar, biznes 
asosiasiyalar, böyük banklar, investisiya 
asosiasiyaları və digər təsisatlar daxil 
olmaqla 30 müxəlif təşkilatdan 250-dən çox 
nümayəndə toplantıya qatılmışdır.
Konfrans zamanı hər iki ölkədən olan 
ekspertlər aşağı düşən neft qiymətləri 
əsnasında dünya iqtisadiyyatında baş vermis 
dəyişiklikləri, bu hadisəsnin Azərbaycan və 
ABŞ iqtisadiyyatına təsirini, həmçinin iki 
ölkə arasında ticarət əlaqələrinin inkişafına 
açılan gələcək mənzərəni müzakirə 
etmişdirlər. Tədbirin gündəliyində iqtisadi 
islahatlar və işgüzar fəaliyyət üçün yeni 
imkanlar, qeyri-neft sektorunun inkişafı 
və xarici investisiyaların cəlb edilməsi, 
Azərbaycanda dövlət-özəl sektoru 
tərəfdaşlığının gələcək inkişafına aid edilən 
məsələlər həmçinin yer tapmışdır.
 
PAŞA Bank “Azərbaycanın 100 işgüzar 
qadını” təşəbbüsü çərçivəsində “SHE” 
konfransının keçirilməsinə tərəfdaş 
olmuşdur
2017-ci il 28 mart tarixidnə Bakıda 
baş tutmuş SHE (“zirək, xoşbəxt, zərif”) 
konfransı qadınları səlahiyyətləndirmək, 
həmçinin qadınlar üçün sağlam həyatın 
yaşanmasından karyera inkişafınadək 
məsləhət və təcrübə ilə bölüşmək imkanını 
yaradan mühiti təmin etmək məqsədilə 
keçirilən beynəlxalq tədbirdir.
Konfransda qadınların işgüzar fəaliyyət 
zamanı üzləşdikləri stereotiplər (“damğalar”), 
şirkətlərdə gender bərabərliyi, Azərbaycanın 
siyasi həyatında qadın iştirakçılığı, həmçinin 
ailə həyatı ilə karyera məqsədləri arasında 
tarazlığın təmin edilməsi baxımından 
qadınların yaşadıqları çətinliklər daxil olmaqla 
geniş əhatəli məsələlər müzakiə edilmişdir.
SOSİAL MƏSULİYYƏT GÖSTƏRİCİLƏRİMİZ