Kreditinizi gətirin, 2% endirimlə yenidən maliyyələşdirək!

Kampaniya müddəti ərzində “PAŞA Şirkətlər Qrupu" əməkdaşları digər banklarda olan (“Kapital Bank” ASC-də olan kreditlər istisna olmaqla) nağd kreditlərini köçürmə komissiyası və sığorta haqqı olmadan 2% endirim ilə yenidən maliyyələşdirə biləcək.

Kampaniya şərtləri:
1. Yenidən maliyyələşdiriləcək kredit üzrə illik faiz dərəcəsi 2% endirim ilə rəsmiləşdiriləcək.
2. Kampaniya çərçivəsində minimal faiz dərəcəsi:
     12 ayadək – 14.31%
     24 ayadək – 15.8%
     36 ayadək – 16.8%
     48 ayadək – 17.8%
3. Ayrılacaq kredit üzrə rəsmiləşdirmə komissiyası yenidən maliyyələşdirilən borcun 0.5%-ni təşkil edəcək və ayrılacaq məbləğdən tutulacaq. Sığorta haqqı nəzərdə tutulmayıb.
4. Borcun bağlanılması köçürülmə vasitəsilə icra ediləcək və köçürmə komissiyası 0%-dir.
5. Bir neçə öhdəliyin maliyyələşdirildiyi halda yenidən maliyyələşdirmə hər kredit üzrə ayrı-ayrılıqda keçirilir.

Kredit müraciətini “PAŞA Bank” mobil tətbiqinin “kreditlər” bölməsindən edə bilərsiniz.

Kampaniya 31.12.2021 tarixinədək keçərlidir.