500 AZN-lik World Telecom kuponu qazanmaq şansı əldə edin

PAŞA Bankın əməkhaqqı kartına sahib SOCAR Petroleum əməkdaşları PAŞA Bankdan 500 AZN-lik World Telecom kuponu qazanmaq şansı əldə edir! Bunun üçün əməkhaqqı kartı ilə nağdsız əməliyyatlar etmək kifayətdir.

Əmək haqqının daha böyük hissəsini nağdsız olaraq istifadə edən əməkdaşlar daha çox şans qazanacaq.

Məsələn: 3,000 AZN əmək haqqı alan əməkdaş bu məbləğin 1500 AZN-ini (50%), 500 AZN əmək haqqı alan əməkdaş bu məbləğin 400 AZN-ini (80%) nağdsız olaraq istifadə edərsə, ikinci əməkdaşın kupon qazanmaq şansı daha çox olacaq, çünki o əmək haqqının daha böyük hissəsini nağdsız şəkildə istifadə etmiş olur.

15 fevral - 15 aprel tarixləri arasında davam edəcək kampaniyada 3 əməkdaş qalib seçiləcək!

* Müştərilərdə nağdsız əməliyyatların faiz nisbəti eyni olarsa, qalib tranzaksiyaların sayına və məbləğinə əsasən seçiləcək. Digər banklara ödənişlər və "Card-to-Card" köçürmələri kampaniyada iştirak etmir.