ATM və ödəniş terminalları

Geniş bankomat şəbəkəsi və müxtəlif bank əməliyyatların 7/24 rejimdə həyata keçirilməsi imkanı

Məhsul haqqında

• PAŞA Bank müştərilərinə çoxfunksiyalı bankomatlar (ATM) təklif edir. ATM vasitəsi ilə pul vəsaitlərinin mədaxil və məxarici, valyuta mübadiləsini və digər əməliyyatları həyata keçirmək olar
• Müştərilərimiz Azərbaycanın bütün ərazisində MilliÖN ödəmə sisteminin terminalları vasitəsilə vəsaitlərin sadə və əlverişli şəkildə cari, kredit və kart (əmək haqqı kartları istisna olmaqla) hesablarına köçürülməsini həyata keçirə bilərlər

ATM

Üstünlüklər

Günün istənilən vaxtı 24/7 rejimində əməliyyatların həyata keçirilməsi

Avtomatik valyuta dəyişmə terminallarında valyuta dəyişmələri komissiyasız həyata keçirilir

Bankomat vasitəsi ilə həyata keçirilən əməliyyatlar

• Nağd vəsaitin çıxarılması
• Nağd vəsaitin mədaxili * 
• Card-to-Card xidməti vasitəsilə bir kartdan digər karta pul vəsaitinin köçürülməsi *
• PIN Change xidməti vasitəsilə kartın PIN şifrəsinin dəyişdirilməsi
• Kart hesabı üzrə balans və çıxarışların əldə edilməsi *
• Günün istənilən vaxtı (24/7 rejimində) terminal vasitəsilə avtomatik valyuta dəyişmə imkanının təqdim edilməsi

* PAŞA Bankın kartları üçün

MilliÖn – Ödəniş terminalları

Üstünlüklər

Vəsaitlərin cari, kredit və kart (əmək haqqı kartları istisna olmaqla) hesablarına köçürülməsi

Mədaxil iş günü edildikdə vəsaitlərin dərhal, qeyri-iş günü (şənbə, bazar və bayram günləri) edildikdə isə növbəti iş günü karta/hesaba köçürülməsi

Terminallar həm yerli, həm də xarici valyutanı qəbul edir (USD, EUR, RUB)

Müraciət etmək və ya sifariş göndərmək

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya customer.care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.