Çap

Press-relizlər

Xarici valyuta əməliyyatları haqqında məlumat

Yaxın günlərdə bəzi KİV-lərdə xarici valyuta ilə aparılan əməliyyatlar haqqında dərc olunan xəbərlərdə Bank haqqında qeyri dəqiq məlumatlar səsləndirilmişdir. Məlumat üçün bildiririk ki, valyuta mövqeyinin səmərəli idarə olunması məqsədilə Bankın apardığı xarici valyuta əməliyyatlarının şərtlərinə uyğun olaraq kassa vasitəsilə gündəlik 500 (beş yüz) ABŞ dolları və onun ekvivalentində olan valyuta həcmində nağd valyuta satışı əməliyyatları həyata keçirilir.
Eyni zamanda, bankın müştərilərinin ehtiyaclarını nəzərə alaraq, Bankın bütün kart hesablarından ATM, POS-Cash, Card-to-Card, 3D ödəniş (kart hesabından cari hesaba köçürmələr) vasitəsi ilə Azərbaycan manatı ilə 500 (beş yüz) ABŞ dolları ekvivalentində valyutanın alınması əməliyyatların həyata keçirilir.

Qeyd edək ki, bu qayda Bankın müştərilərinə (Bankda hesabı olan fiziki və hüquqi şəxslərə) tətbiq edilir.

Hörmətlə,
PAŞA Bank

https://www.pashabank.az/press_centre,991/lang,az/