Çap

Press-relizlər

PAŞA Bank əsas Biznes-mərkəzlərində kiçik və orta sahibkarlıq (KOS) müştərilərinə xidmət göstərməyə başlayır

PAŞA Bankın yeni "Baş Ofis" mərkəzinin istismara verilməsi, fəaliyyətin optimallaşdırılması və xidmətin operativliyinin artırılması çərçivəsində Bank kiçik və orta sahibkarlıq müştərilərinə xidməti Bankın əsas Biznes-mərkəzlərinə keçirir.

Beləliklə, Bankın 4 şöbəsinin ("Gənclik", "Nərimanov", "Mikrorayon", "Xalqlar dostluğu") bu kateqoriyadan olan müştərilərə xidmət göstərilməsi üzrə funksiyaları Bankın aşağıdakı ünvanlarda yerləşən əsas Biznes-mərkəzlərinə yönəldilib:

"Baş Ofis" Biznes Mərkəzi
Yusif Məmmədəliyev küç.,15
Bakı, AZ1005, Azərbaycan

"Bridge Plaza" Biznes Mərkəzi
Bakixanov küç. 6
Bakı, AZ1065, Azərbaycan

"Port Baku" Biznes Mərkəzi
Neftçilər pr. 153
Bakı, AZ1010, Azərbaycan

"Şüvəlan" Biznes Mərkəzi
Şüvəlan qəs., A. İldırım küç.68,
Bakı, AZ1150, Azərbaycan

https://www.pashabank.az/press_centre,983/lang,az/