05/06/2016

PAŞA Bankın yeni "Baş Ofis" mərkəzinin istismara verilməsi, fəaliyyətin optimallaşdırılması və xidmətin operativliyinin artırılması çərçivəsində Bank kiçik və orta sahibkarlıq müştərilərinə xidməti Bankın əsas Biznes-mərkəzlərinə keçirir.

Beləliklə, Bankın 4 şöbəsinin ("Gənclik", "Nərimanov", "Mikrorayon", "Xalqlar dostluğu") bu kateqoriyadan olan müştərilərə xidmət göstərilməsi üzrə funksiyaları Bankın aşağıdakı ünvanlarda yerləşən əsas Biznes-mərkəzlərinə yönəldilib:

"Baş Ofis" Biznes Mərkəzi
Yusif Məmmədəliyev küç.,15
Bakı, AZ1005, Azərbaycan

"Bridge Plaza" Biznes Mərkəzi
Bakixanov küç. 6
Bakı, AZ1065, Azərbaycan

"Port Baku" Biznes Mərkəzi
Neftçilər pr. 153
Bakı, AZ1010, Azərbaycan

"Şüvəlan" Biznes Mərkəzi
Şüvəlan qəs., A. İldırım küç.68,
Bakı, AZ1150, Azərbaycan