Çap

Press-relizlər

Müştərilərin nəzərinə

Məlumat üçün, valyuta bazarında baş verən dəyişikliklərlə əlaqədar PAŞA Bank ödəniş kartları ilə valyuta konvertasiyası şərtlərinə yenidən baxmışdır.

Belə ki, 11 yanvar 2016-cı ildən etibarən AZN kart hesablarında Azərbaycan Respublikasında və xaricdə konvertasiya əməliyyatı üçün 4% komissiya tətbiq edilir. Xarici valyutalarda olan kart hesabları üzrə konvertasiya üçün komissiya 0,5% həddində saxlanılır. Multivalyutalı kartlar üzrə kartın fərqli valyutalarda olan hesabları arasında məbləğlərin köçürülməsi zamanı 0,5% komissiya tətbiq edilir, lakin bu kartlar üzrə AZN hesabına xarici valyutada ödəniş və ya nağd pulun çıxarışı həyata keçirildikdə 4% komissiya tətbiq edilir. Kart ilə Azərbaycan Respublikasında ATM-dən xarici valyutada nağd pulun çıxarışı üzrə 200 USD / EUR / GBP məbləğində gündəlik limit təyin edilir.

Ödəniş kartları ilə valyuta konvertasiyası həyata keçirildikdə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təyin edilən məzənnə (vəsaitin hesabdan silinmə gününə) və yuxarıda qeyd edilən müvafiq komissiya tətbiq olunur. Məzənnə dəyişməsindən yaranan riskləri və konvertasiya komissiyasını nəzərə alaraq, PAŞA Bank Müştərilərə kartla valyuta konvertasiyası tələb edən əməliyyat keçirməməyi tövsiyə edir. Hər-hansı valyutada əməliyyat keçirmək üçün hesabı həmin valyutada olan kartdan istifadə tövsiyə edilir. Multivalyuta kartları olduqda isə hesabın əsas valyutası və vəsaitin hansı valyuta sub-hesabında olması nəzərə alınmalıdır. Bu tövsiyələr Müştərilərin mümkün itkilərdən qorunmasına xidmət edir.

Yarana biləcək əlavə suallarla bağlı bizə müraciət edə bilərsiniz. Əməkdaşlıq üçün təşəkkürümüzü bildiririk.

Hörmətlə,
PAŞA Bank

https://www.pashabank.az/press_centre,940/lang,az/