Çap

Press-relizlər

Müştərilərin nəzərinə

21.12.2015-ci il tarixində valyuta məzənnələrinin dəyişməsindən sonra bir sıra Müştərilər kart əməliyyatları nəticəsində hesabdan daha çox vəsaitin silinməsi ilə bağlı Banka müraciət ediblər. Məlum olduğu kimi, kartla əməliyyatın valyutası hesabın valyutasından fərqli olduqda hesab qalığında müəyyən fərq yarana bilər. Beynəlxalq ödəniş sistemlərinin qaydalarına əsasən kartla əməliyyat zamanı həmin günün məzənnəsinə əsasən məbləğ hesabda yalnız blok edilir. Vəsaitin hesabdan silinməsi isə bir müddət sonra, adətən 5 iş günü ərzində (digər tərəflərdən hesablaşma sorğusunun Banka göndərilmə tarixindən asılı olaraq), silinmə günü mövcud olan valyuta məzənnəsi ilə həyata keçirilir.

PAŞA Bankın İdarə Heyətinin qərarına əsasən, 21.12.2015-ci il saat 09:00-dan əvvəl həyata keçirilmiş, lakin 21.12.2015-ci il tarixində manatın məzənnəsinin dəyişməsindən sonra hesabdan silinmiş əməliyyatlar üzrə hesab qalığında yaranmış fərq, PAŞA Bank tərəfindən müştərilərə güzəşt olunaraq hesabda bərpa ediləcək.

Bank Müştərilərinə bildirir ki, "üzən məzənnə" rejimində kartla konvertasiya əməliyyatı nəticəsində hesabdan daha çox vəsaitin silinmə halları mütəmadi baş verəcək. Hesabda kifayət qədər vəsait olmadıqda isə texniki overdraft (borc) yaranır və şərtlərə əsasən həmin borc qalığına faiz hesablanır. Bank valyuta riski nəticəsində Müştərilərdə yaranan itkilərə görə məsuliyyət daşımır və Müştərilərin itkilərdən qorunması üçün kartla valyuta konvertasiyası tələb edən əməliyyat həyata keçirməməyi tövsiyə edir. Hər-hansı valyutada əməliyyat keçirmək üçün hesabı həmin valyutada olan kartdan istifadə tövsiyə edilir. Multivalyuta kartları olduqda isə Müştərilər hesabın əsas valyutasını və vəsaitin hansı valyuta sub-hesabında olmasını nəzərə almalıdırlar. Bu tövsiyələr Müştərilərin mümkün itkilərdən qorunmasına xidmət edir.

Yarana biləcək əlavə suallarla bağlı bizə müraciət edə bilərsiniz.
Əməkdaşlıq üçün Sizə təşəkkür edirik.

Hörmətlə,
PAŞA Bank

https://www.pashabank.az/press_centre,936/lang,az/