25/12/2015

Azərbaycanın qabaqcıl investisiya və korporativ banklarından biri olan PAŞA Bank "PASHA Yatırım Bank A.Ş."-ın Aksoy Holdinqə məxsus olan 20% səhmlərinin satın alınmasına Türkiyənin Bank Tənzimləmə və Nəzarət Qurumu (BTNQ) tərəfindən müsbət cavab aldı. Bu əqdin nəticəsində PAŞA Bankın "PASHA Yatırım Bank A.Ş."-da olan səhmlərinin payı 99.9196 çatdı.

Qeyd edək ki, PAŞA Bank Türkiyədəki fəaliyyətini regional ticarətin inkişaf etdiyi və investisiya axınlarının intensivləşdiyi bir zamanın verdiyi imkanlar üzərində qurur. Azərbaycan, Türkiyə və Gürcüstan arasında aktiv iqtisadi fəaliyyəti və mövcud investisiya potensialını nəzərə alaraq, PAŞA Bankın rəhbərliyi Türkiyə bazarına daxil olmanın bankın müştərilərinin maraqlarına cavab verdiyinə əmindir.