Çap

Press-relizlər

PASHA Bank və British Council yeni Biznes-jurnalistika proqramına start veriblər

Azərbaycanın ən iri banklarından biri olan PASHA Bank "British Council" ilə birgə yerli biznes-jurnalistikanın inkişafına həsr olunmuş proqramın həyata keçirilməsi elan edir. Layihə yerli kütləvi informasiya vasitələrinin əsasən iqtisadi mövzuları işıqlandıran işçilərinin peşə qabiliyyəti və bacarıqlarının mükəmməlləşdirilməsinə yönəlib.

Tədris proqramı xaricdən olan peşəkar təlimatçı-müəllimlərin rəhbərliyi altında bir neçə xüsusi media-kursundan və yerli KİV nümayəndələrinin Böyük Britaniyaya tanışlıq səfərindən ibarətdir. Səfər əsnasında Azərbaycan mətbuat və media işçilərinin Böyük Britaniyanın aparıcı qəzet, jurnal və digər KİV jurnalistləri ilə görüşləri və təcrübə mübadiləsi nəzərdə tutulub. Kollektiv qərara əsasən, PASHA Bank və British Council-un sözügedən layihəsində iştirak etmək üçün «Trend», «Regional TV», «APA» «Report», «Salamnews», «Lider TV», «Fins» və başqa KİV-ləri təmsil edən 11 jurnalist seçilib.

Layihənin başlıca məqsədi iqtisadi mövzuları işıqlandıran aparıcı jurnalist qrupunun yaradılmasıdır; onlar avropalı həmkarlarının çoxillik təcrübəsilə tanış olmaqla, yiyələndikləri bacarıqlardan ölkədə baş verən iqtisadi dəyişikliklər və müxtəlif biznes prosesləri barədə daha peşəkar məlumatların verilməsində və həmin dəyişikliklərin və proseslərin təhlilində istifadə edə biləcəklər.

https://www.pashabank.az/press_centre,932/lang,az/