Çap

Press-relizlər

PAŞA Bankın dəstəyi ilə VII Beynəlxalq uşaq muğam festivalı keçirilib

Bakıda Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankın baş sponsorluğu ilə VII Beynəlxalq uşaq muğam festivalı keçirilib. Hər il keçirilən tədbir "Kainat" Gənclər mərkəzi, Gənclər və Turizm Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilib. Bu il musiqi müsabiqəsində 8 ölkədən - Azərbaycan, Türkiyə, İraq, İran, Misir Özbəkistan, Tacikistan və Qazaxıstandan nümayəndələr iştirak edib.

PAŞA Bankın Korporativ Kommunikasiyalar departamentinin direktoru Sona Abbasovanın sözlərinə görə, bu musiqi tədbirinin keçirilməsində əsas məqsəd - Azərbaycan muğamının dünyada populyarlaşdırılmasıdır.

S. Abbasova qeyd edib ki: "PAŞA Bank özünün beynəlxalq səviyyədə qəbul olunmuş Sosial Məsuliyyət Proqramında Azərbaycan xalqının mədəni irsinin təbliğinə böyük önəm verir. Ümid edirik ki, bu cür tədbirlərin keçirilməsi ənənəvi musiqimizin dünya mədəniyyətində xüsusi yer tutmasına kömək edəcək."

Tədbirin sonunda Festival qaliblərinə PAŞA Bankdan hədiyyələr və qiymətli mükafatlar verilib.

https://www.pashabank.az/press_centre,926/lang,az/