18/08/2015

PAŞA Bank və British Council məmnuniyyətlə jurnalistlər üçün biznes jurnalistika sahəsində təlim proqramının davamını elan edir. Layihənin məqsədi xüsusi hazırlanmış müfəssəl təlim proqramı vasitəsilə milli mətbuata professional bilik və səriştənin artırılmasında kömək etməkdir.

Layihə Böyük Britaniyanın 100-dən artıq ölkədə fəaliyyət göstərən, Avropanın ən böyük media təşkilatlarından biri sayılan və mətbuatda ən yüksək etik və peşəkar standartları dəstəkləyərək müxtəlif ölkələrdən minlərlə jurnalistlərin müxtəlif kütləvi media vasitələrinin yaradılmasına imkan yaradan Thomson Fondunun təşkilati dəstəyi ilə həyata keçiriləcək.
Layihə çərçivəsində 10 seçilmiş iştirakçılara media sahəsində xüsusi tərtib olunmuş təlim proqramının keçirilməsi eləcə də, fəal və tam davamiyyəti olan jurnalistlərin Böyük Britaniyaya təlim səfəri nəzərdə tutulmuşdur. Səfər zamanı tanınmış qəzet və jurnal, eləcə də digər media müəssisələrində qabaqcıl jurnalistlərlə görüşlər təşkil olunacaqdır. Bizim məqsədimiz qabaqcıl jurnalistlər qrupu yaratmaqla ölkədə düzgün və balanslı məlumatın çatdırılması və Azərbaycanda biznes jurnalistika standartlarının nəzərə çarpacaq dərəcədə inkişaf edilməsinə töhfə verməkdir.

Seçiləcək iştirakçılardan tələb olunanlar:
• Jurnalistika sahəsində minimum 2 illik iş təcrübəsi
• Ölkədaxili radio və televiziya yayımları, çap, onlayn mediada işləməli
• Bütün təlim kurslarında iştirak edə bilməli
a) 3 təlim sessiyası Bakıda (hər təlim 5 tam gün olmaqla - Noyabr 2015, yanvar və fevral 2016)
b) Təlim məqsədilə 2016-cı ilin mart ayında Böyük Britaniyaya təcrübə səfəri

Seçim prosesi aşağıdakı mərhələlərdən ibarət olacaq:
1. Ərizə forması və inşalar
2. Yerli təlimlər üçün ilkin müsahibələrin keçirilməsi
3. Böyük Britaniyada Tədris səfəri üçün seçim

Marağı olan şəxslər ərizə formasını British Council-ın internet səhifəsindən www.britishcouncil.az yükləməlidirlər. Doldurulmuş ərizə forması, CV ilə birgə 2015-ci il 30 sentyabr tarixindən gec olmayaraq enquiries@britishcouncil.az elektron poçt ünvanına göndərilməlidir.

Uyğun namizədlər musahibəyə dəvət olunacaqlar.

Layihə haqqında məlumat: Paşa Bank, British Council və Thomson Fondu ötən 4 il ərzində Azərbaycanda bir etalon sayılan media təlimi layihəsi keçirib. 2011-ci ildən başlayaraq Biznes Jurnalistika layihəsi çərçivəsində British Council, biznes mövzularını əhatə edən media sahəsində işləyən Azərbaycanın qabaqcıl jusrnalistləri üçün təlimlər təşkil etmişdir. Bu təlimlər Böyük Britaniyanın London və Kardif şəhərlərinə tədris səfəri ilə bitmişdir. Təlimlər Thomson Fondu tərəfindən təyin olunmuş təcrübəli təlimçilər tərəfindən keçirilmişdir.
Təlim zamanı fəaliyyətlərə daxil idi: 15 günə gədər xüsusi media kursun təşkili və icrası və jurnalistləin Böyük Britaniyaya səfəri zamanı məşhur qəzetlər, jurnallar və digər media qurumlarında iş təcrübəsinin mübadiləsi və Britaniyanın aparıcı jurnalistləri ilə görüşlər.

Əlavə məlumat üçün əlaqə saxlayın:

Könül Əhmədova
Proqramlar üzrə İcraçı
British Council Azərbaycan
T: 4971593; 4972013 F: 4989236
www.britishcouncil.az