17/08/2015

7 avqust tarixlərində Bakıda azərbaycanlı "start up"-lar arasında Seedstars World müsabiqəsinin yerli seçimləri keçirildi. Ölkəmizdə Ümumdünya "start up" müsabiqəsinin yerli seçimləri Azərbaycanın ən iri banklarından biri - PAŞA Bank, Azercell, Khazar Ventures, Uber və ADA Universitetinin dəstəyi ilə keçirilir.

Bu mərhələnin qalibləri 2016-cı ilin fevralında İsveçrədə keçiriləcək Ümumdünya "start up" yarışmasının finalında iştirak edəcəklər. Bu müsabiqədən də uğurla keçən layihələr zəruri investisiya və beynəlxalq himayəçi dəstəyi ilə təmin ediləcək, layihə müəllifləri isə gələcəkdə özlərini Avropa ölkələrində təqdim etmək imkanı qazanacaqlar.

Qeyd edək ki, PAŞA Bank öz sosial cavabdehlik proqramı çərçivəsində yeni fəaliyyətə başlayan sahibkarlara dəstək verən layihələrə xüsusi diqqət yetirir və bir neçə ildir ki Seedstars World himayə altında keçirilən bu müsabiqəyə dəstək göstərir.