Çap

Press-relizlər

PAŞA Bank və QKDK tələbələri arasında müsabiqə keçirilmişdir

15 iyul 2015-ci il tarixində ölkənin ən iri banklarından biri PAŞA Bankın dəstəyi və Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri arasında müsabiqə keçirilmişdir.

QKDK-nın Kapital Bazarlar üzrə təlim mərkəzi tərəfindən təşkil edilmiş təlim və seminarlarda seçilmiş tələbələr arasında təşkil olunmuş müsabiqədə 3 komandadan ibarət 8 nəfər iştirak edirdi. "Devalvasiyanın kapital bazarlarına təsiri", "Kapital bazarının iqtisadi inkişafda rolu", "İnfrastruktur layihələrinin kapital bazarları vasitəsilə maliyyələşdirilməsi" mövzusunda hazırlanmış təqdimatdan sonra münsiflər heyəti tərəfindən müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilmə aparıldı.

Tədbirin sonunda yarış iştirakçılarına PAŞA Bank və QKDK tərəfindən müxtəlif hədiyyələr təqdim olundu. Birinci yerin qalibləri növbəti mərhələdə QKDK-də bir ay ərzində təcrübə keçmək imkanı əldə etdilər.

https://www.pashabank.az/press_centre,898/lang,az/