Tədbirin rəsmi hissəsində qonaqların qarşısında Ticarət palatasının, PAŞA Bankın, həmçinin ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri çıxış etdilər. PAŞA Bankın Korporativ Kommunikasiyalar Departamentinin direktoru Sona Abbasova öz salamlama çıxışında qeyd etdi ki, Bank artıq neçə illərdir ki, Ticarət palatasının üzvüdür və bu tədbirin baş sponsorudur. "PAŞA Bank yerli sahibkarlığa, o cümlədən kiçik və orta biznesin dəstəklənməsinə böyük diqqət ayırır. Onu da vurğulamaq lazımdır ki, bu cür tədbirlərin keçirilməsi qeyri-rəsmi şəraitdə iş adamları arasında yeni işgüzar əlaqələrin inkişafını və "körpünün yaradılmasını" təmin edən amillərdən biridir" - Sona Abbasova dedi.
Qeyd edək ki, AmCham-ın keçirdiyi bu tədbir sayca 20-ci yubiley tədbiri oldu. Ümumilikdə bu tədbirdə 1000 nəfər qonaq iştirak etmişdir.
https://www.pashabank.az/press_centre,896/lang,az/