Çap

Press-relizlər

PAŞA Bank Commerzbank AG tərəfindən «Trade Award 2014» mükafatına layiq görülüb

PAŞA Bank «Trade Award 2014» mükafatına layiq görülüb. Dünyanın aparıcı maliyyə institutlarından biri olan Commerzbank AG tərəfindən təsis olunmuş mükafat 2014-cü ilin yekunlarına görə ticarətin maliyyələşdirilməsi sahəsində Azərbaycanın ən fəal bankı kimi PAŞA Banka təqdim olunmuşdur.

PAŞA Bankın İdarə Heyətinin üzvü Taleh Kazımovun sözlərinə görə, artıq bir neçə ildir ki, banklar beynəlxalq ticarətin və sənədli əməliyyatların maliyyələşdirilməsi sahəsində uğurlu əməkdaşlıq edirlər. T. Kazımov bildirmişdir: "Dünyanın aparıcı maliyyə institutlarından biri olan Commerzbank dan bu mükafatı almağımız PAŞA Bankın bu sahədə yüksək keyfiyyətli xidmətlərin təchizatçısı kimi tanınmasını təsdiq edir. Əminəm ki, banklarımız arasında beynəlxalq ticarətin inkişafı sahəsində etdiyimiz əməkdaşlıq hər il daha da möhkəmlənəcək".
Mükafat PAŞA Banka Commerzbank AG-nin nümayəndəsi tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankının 14-15 may tarixlərində Gürcüstanda keçirilmiş İllik Yığıncağı çərçivəsində təqdim olunmuşdur. Qeyd edək ki, ötən il PAŞA Bankın ticarətin maliyyələşdirilməsi sahəsində əməliyyatlarının həcmi 109 mln. AZN-dən artıq olub, bu da 2013-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 34 mln. AZN-dən artıqdır.

https://www.pashabank.az/press_centre,874/lang,az/