Çap

Press-relizlər

Bakıda PAŞA Bankın sponsorluq etdiyi iş adamları üçün seminara start verilib

3 aprel 2015-ci il tarixdə Bakıda ölkənin ən iri banklarından biri – PAŞA Bankın sponsorluq etdiyi “Böhran yeni imkanlar yaradır” adlı seminar öz işinə başlayıb. Tədbir Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə keçirilir və iş adamları üçün nəzərdə tutulur.

Seminarda son qlobal maliyyə böhranından sonra dünya müstəvisində baş verən dəyişikliklər, post-böhran dövründə dünyada gedən gərgin iqtisadi proseslər və onların Azərbaycan iqtisadiyyatına təsirləri müzakirə ediləcək. Tədbirə 100-dən artıq iş adamı, analitik mərkəzlərin nümayəndələri, həmçinin Milli Məclis, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası, PAŞA Bank, “Rönesans” İnkişaf və İdarəçilik Elmləri İnstitutu (Türkiyə) və sair strukturların və şirkətlərin ekspertləri dəvət olunub.

PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş İnvestisiya Inzibatçısı Taleh Kazımovun sözlərinə görə, mövcud tendensiyalar yerli istehsalata və ixracın inkişafına investisiyalar üçün daha çox imkanlar yaratmışdır. “Dünya bazarlarında müşahidə olunan təlatümlər, ilk növbədə, biznes üçün yeni imkanlar üçün şərait yaradır və bu imkanlardan vaxtında istifadə etmək böyük əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, biz, mürəkkəb şəraitdə biznesin aparılması, böhran dövründə imkanların istifadə edilməsi və sair sahələrdə böyük təcrübəyə malik ekspertləri tədbirə dəvət etmişik. Biz əminik ki, bu seminar təkcə yerli iş adamlarının təlim keçməsi üçün deyil, həmçinin, ölkənin gələcəkdə uğurlu inkişafı mövzusunda fikir mübadiləsinin aparılması üçün yaxşı platformaya çevriləcək», - deyə T. Kazımov qeyd etmişdir.

https://www.pashabank.az/press_centre,866/lang,az/