02/04/2015

Beynəlxalq reytinq agentliyi Standard & Poor's Azərbaycanın ən iri banklarından biri olan "PAŞA Bank"ın reytinqini – uzunmüddətli "BB-" və qısamüddətli “B” səviyyəsində, "stabil" proqnozu ilə bir daha təsdiqləmişdir.

PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş İnvestisiya Direktoru Taleh Kazımovun sözlərinə görə, regionda makroiqtisadi risklərin artmasının müşahidə olunduğu müasir dövrdə PAŞA Bankın reytinqinin təsdiqlənməsi Bankın etibarlılığının tutarlı təsdiqidir. “Real sektorun etibarlı maliyyə tərəfdaşı mövqeyini tutmaqla, biz gələcəkdə də biznesi dəstəkləyəcək və Azərbaycan iqtisadiyyatının inkişafına və diversifikasiyasına öz töhfəsini verməyə hazırıq”.

Xatırladaq ki, bu Azərbaycanın 100% yerli kapitala malik olan özəl bankları arasında ən yüksək reytinqdir.