27/02/2015

Azərbaycanın ən iri banklarından biri – PAŞA Bank - ADA Universitetinin Üçüncü karyera həftəsi çərçivəsində keçirilən “Karyera Sərgisində” iştirak etmişdir.

Sərgidə ölkənin 100-dən artıq şirkət nümayəndəsi təmsil olunurdu. Karyera sərgisində tələbələrə tam və yarım ştat, təcrübə və könüllülük imkanları da daxil olmaqla 70-ə qədər vakansiya təklif olunmuşdu. Təklif olunan vakansiyalar dövlət qulluğu, bankçılıq, telekommunikasiya, konsaltinq, turizm, neft/qaz və digər sahələri əhatə edirdi.

Xatırladaq ki, 2014-cü ildə də PAŞA Bank bu tədbirin iştirakçı kimi çıxış etmişdir.