17/02/2015

Azərbaycanın ən iri banklarından biri – PAŞA Bank – bütün ölkə ərazisində MilliÖN ödəniş sisteminin terminalları vasitəsilə kreditlərin ödənilməsi, cari hesaba və kartlara (əmək haqqı layihələri çərçivəsində buraxılan kartlar istisna olmaqla) vəsaitin köçürülməsi xidmətini tətbiq etdi.

PAŞA Bankın müştəriləri bu xidmətdən istifadə etməklə, Bankın şöbələrinə getmədən ödənişlərini həyata keçirə bilər. Ödənişin iş günü ərzində həyata keçirildiyi zaman vəsaitlər dərhal daxil olur, əməliyyat qeyri-iş günü aparıldıqda isə vəsaitlər hesaba növbəti iş günü daxil olur. Terminallar vasitəsilə ödənişləri istər yerli, istərsə də xarici valyutada (USD, EUR, RUR) həyata keçirmək olar.

Kreditin ödənilməsi, hesaba və ya kartın balansına vəsaitin köçürülməsi əməliyyatlarına görə komissiya haqqı nəzərdə tutulmayıb.