Çap

Press-relizlər

PAŞA Bank MDB-də en.SafeWatchFiltering və en.SafeWatchProfiling proqram kompleksini tətbiq edən ilk bank oldu

Azərbaycanın ən iri maliyyə institutlarından biri olan PAŞA Bank MDB-də terrorizmin maliyyələşdirilməsinin və pulların yuyulmasının qarşısının alınması üçün proqram kompleksini quraşdıran və uğurla istifadə edən ilk bank oldu.

en.SafeWatchFiltering və en.SafeWatchProfiling adlı proqram təminatdan ibarət olan yeni sistemi PAŞA Banka müxtəlif mənbələrdən daxil olan çoxsaylı informasiyanı inteqrasiya edərək təhlil etməyə və mümkün maliyyə təhlükələrini və risklərini əyani şəkildə vizuallaşdırmağa imkan verir. Proqram kompleksi EastNets şirkəti tərəfindən hazırlanmışdır və Financial Service Bureau ilə birgə əməkdaşlıqda tətbiq olunmuşdur.

PAŞA Bankın İdarə Heyətinin sədri Fərid Axundov bildirmişdir ki, “PAŞA Bank regionda SafeWatch Filtering və SafeWatch Profiling kimi müasir həlləri tətbiq edən ilk bankdır. Bu texnologiyalar Azərbaycanın aparıcı maliyyə institutlarından biri kimi bizə beynəlxalq tələblərə, Anti Money Laundering siyasətinə tələb olunan uyğunluğu təmin etməyə, yəni lazımi məlumatları “qara siyahılar”la tutuşdurmağa və 5 siyahı – OFAC, UN, EU, Bank of England və SECO üzrə şübhəli əməliyyatların həyata keçirilməsinin qarşısını almağa imkan verir. Bir sözlə, biz real vaxt rejimində bütün mümkün risklərin təhlilini aparır və müştərilərimizin maraqlarının keşiyində dururuq”.

https://www.pashabank.az/press_centre,846/lang,az/