07/01/2015

Azərbaycanın ən iri banklarından biri - PAŞA Bank – PAŞA Kapital vasitəsi ilə “AccessBank” ASC və “Unibank KB” ASC-nin yeni istiqrazlarının market-meykerliyinə başlayıb.

İstiqrazlar üzrə üzərinə götürdüyü alış öhdəliklərinin həcmi 200 min manat, alış və satış qiymətləri arasındakı qiymət dəhlizi 5% təşkil edir.

Həmişə olduğu kimi, PAŞA Bankın market-meyker kimi çıxış etdiyi istiqraz vərəqələri üzrə bütün qiymət təyin etmələrini “Bloomberg”, “Reuters” terminalları vasitəsilə, eləcə də, Bakı Fond Birjasının saytında izləmək olar.