05/01/2015

Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank VISA və MasterCard ödəmə sistemlərinin kontaktsız kartlarının ekvayrinqi və emissiyası üçün Tieto Card Suit həllini tətbiq etdi. Yeni texnologiya PAŞA Banka kart sahibləri üçün xidmətləri genişləndirmək, yeni məhsulları və xidmət kanallarını təklif etmək, habelə, kartlar üzrə ödənişlərin qəbul şəbəkəsini genişləndirmək imkanı verir.

PAŞA Bankın İdarə Heyətinin Sədrinin birinci müavini Emil Hacıyev bildirmişdir: “Hər zaman bazarda yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirən PAŞA Bank hökumətin və beynəlxalq təşkilatların ölkədə nağdsız dövriyyələrin artırılması, şirkətlərə və fərdi müştərilərə bank xidmətinin genişləndirilməsi üzrə təşəbbüslərini bütövlüklə dəstəkləyir. Biz ilkin mərhələlərdə texnologiyanı Bakının “fastfood” restoranlarında təqdim etməyi planlaşdırırıq ki, bu restoranlarda ölkədə ilk dəfə olaraq, kassa aparatının və bank POS-terminalının birləşmiş variantı təqdim olunacaq”.

Tieto Financial Services şirkətinin ödəmə kartları bölməsinin rəhbəri Maris Ozolinş vurğulamışdır: “Tieto şirkəti PAŞA Bank üçün Card Suite Contactless həllinin təchizi layihəsinin nəticələrindən məmnundur. Tieto həlli sayəsində PAŞA Bank müştərilərinə kontaktsız ödənişləri təklif edən ilk banklardan biri olmuş və Azərbaycanın ən yenilikçi və sürətlə inkişaf edən banklarından biri olduğunu bir daha təsdiq etmişdir”.