Çap

Press-relizlər

PAŞA Bank Adam Smith bank forumunun sponsorudur

Bu gün Bakıda Adam Smith Conferences tərəfindən təşkil olunan Azərbaycan bank və maliyyə forumuna start verildi. Tədbirin sponsoru ölkənin ən iri banklarından biri – PAŞA Bankdır.

Forumun işində müxtəlif dövlət və özəl strukturlarının 100-dən çox nümayəndəsi iştirak edir ki, onların sıralarında Beynəlxalq Maliyyə Korporasiyası, Ümumdünya Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Azərbaycan Mərkəzi Bankı, PAŞA Bank və maliyyə sektorunu təmsil edən digər təşkilatlar yer almışdır. Tədbirin ekspert və iştirakçıları Azərbaycanın beynəlxalq maliyyə bazarlarında roluna, investisiya-bank fəaliyyətinə, xarici və Azərbaycanın maliyyə institutları arasında münasibətlərə, pərakəndə bank məhsullarının inkişafına, korporativ maliyyə alətlərinə və s. məsələlərə aid mövzuları müzakirə edəcəklər.

PAŞA Bankın İdarə Heyətinin Üzvü, Baş investisiya İnzibatçısı Taleh Kazımovun sözlərinə görə, bu cür tədbirlərin keçirilməsi fikir mübadiləsi və bizneslə dövlət strukturlarının nümayəndələri, o cümlədən, yerli və xarici ekspertlər arasında peşəkar dialoqun qurulması baxımından zəruridir. T. Kazımov fikrini tamamlayaraq bildirmişdir ki, “Biz bu forumun mütəxəssislər arasında bank sektorunun, aktivlərin idarə olunmasının, kapital bazarlarının və digər istiqamətlərin gələcək inkişafına dair fikir mübadiləsi üçün əlverişli platformaya çevriləcəyinə əminliklə inanırıq”.

https://www.pashabank.az/press_centre,838/lang,az/