Çap

Press-relizlər

PAŞA Bank və British Council Azərbaycan mətbuatına dəstək göstərməyə davam edir

PAŞA Bank British Council ilə birgə əməkdaşlıq çərçivəsində Azərbaycan jurnalistləri üçün bizneslə bağlı mətbuat mövzularını əhatə edən təlim proqramını təqdim etməkdən məmnunluq hissi duyur. Bizim məqsədimiz ölkədə ədalətli və peşəkar xəbərlər hazırlayan gənc aparıcı jurnalistlərin yetişdirilməsinə dəstək göstərmək və Azərbaycanda biznes mövzularını əhatə edən jurnalistika standartlarının inkişafına yardım etməkdir.

Hazırki təşəbbüs bizim 2011-ci ildə jurnalistlər üçün təşkil etdiyimiz uğurlu layihəmizin davamı olan unikal bir layihədir və artıq 4-cü qrup üçün təlim sessiyamıza start veririk. Cari ildə bizim layihənin əsas məqsədi seçilmiş jurnalistlərin ehtiyaclarına uyğun olaraq hazırlanmış xüsusi təlim proqramı vasitəsilə milli medianın peşəkar bilik və bacarıqları gücləndirməkdir.

British Council və PAŞA Bank birlikdə AzərTac, Trend, Lider TV, Regional TV, Banco.az, Fins.az, Gun.az, ANS TV, Regional TV və Elektron Hökümət xəbər portalı da daxil olmaqla, Azərbaycanın aparıcı xəbər və yayım agentliklərini təmsil edən 11 peşəkar biznes jurnalistlərini layihədə iştirak üçün seçmişdir. Bu jurnalistlər xüsusi hazırlanmış biznes jurnalistikası kursunu keçəcəklər. Layihənin sonunda seçilmiş iştirakçılar Birləşmiş Krallıqdan olan aparıcı media müəssisələrinə mübadilə səfəri edərək bir sıra görkəmli jurnalistlər ilə görüşəcəklər.

Layihə bütün dünyada minlərlə jurnalistin hərtərəfli inkişafı üzrə fəaliyyət göstərən və 100-dən çox ölkədə media sahəsində ən yüksək etik və peşəkar standartları təşviq edən Avropanın ən böyük media təşkilatlarından biri olan Birləşmiş Krallığın Thomson Fondu ilə birgə əməkdaşlıq sayəsində həyata keçirilməkdədir.

https://www.pashabank.az/press_centre,807/lang,az/