Çap

Press-relizlər

PAŞA Private Banking-in MasterCard-la birgə keçirdiyi aksiyanın qalibi Amerika Birləşmiş Ştatlarına yola düşdü

PAŞA Private Banking tərəfindən MasterCard ilə birgə 2014-cü ilin 1 iyul tarixindən 31 avqust tarixinə qədər keçirilmiş aksiyanın qalibi Nyu-York şəhərinə səyahətə yola düşmüşdür.

Qalib Amerika Birləşmiş Ştatlarına biznes klass aviabiletləri, 5 ulduzlu oteldə bir həftəlik yaşayış, şəxsi rus dilli bələdçinin müşayiəti ilə şəhərin görkəmli yerlərinə gəzinti və digər qiymətli hədiyyələr daxil olan iki nəfərlik eksklüziv səyahət paketi ilə təltif olunmuşdur.

Həmçinin, aksiyanın qalibinə Nyu-Yorkda olduğu zaman alış-veriş etmək üçün balansı 2 500 ABŞ dolları olan Prepaid Master Platinum kartı təqdim edilmişdir.

Qeyd edək ki, aksiyada PAŞA Bankın MasterCard Gold kartı vasitəsilə alış-veriş etmiş bütün müştəriləri iştirak etmişdir.

https://www.pashabank.az/press_centre,806/lang,az/