10/10/2014
Oktyabrın 9-da Bakıda “Maliyyə əhatəliliyini dəstəkləyən innovativ praktikalar: təcrübənin öyrənilməsi” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Ölkənin ən böyük banklarından biri olan PAŞA Bank tədbirin baş sponsoru qismində çıxış edib.

Bu il konfransda Azərbaycan, ABŞ, Almaniya, Qazaxıstan, Özbəkistan, İtaliya, Gürcüstan və s. ölkələri təmsil edən 100-dən artıq nümayəndə iştirak edib. Konfrans zamanı tədbir iştirakçıları risklərin idarə edilməsi sahəsində qabaqcıl təcrübə, qlobal tendensiyalar və kənd təsərrüfatının maliyyələşdirilməsində tətbiq edilən yeniliklərlə tanış olacaq, energetik effektivlik və s. məsələləri müzakirə edəcəklər.

Tədbirin təşkilatçısı Mikromaliyyə Assosiasiyasıdır. Konfrans öz işini bu gün, oktyabrın 10-da başa çatdıracaq.