15/06/2009
Bədii Gimnastika üzrə XV Avropa Çempionatı Azərbaycanda bədii gimnastika üzrə nüfuzlu yarışların keçirilməsi artıq xoş ənənəyə çevrilib. Bu, respublikamızda idmanın və Olimpiya hərəkatının sürətli inkişafı və Azərbaycanın dünya idman mərkəzlərindən birinə çevrilməsinin göstəricisidir.

İctimai-aktiv təşkilat olaraq bu siyasəti dəstəkləyən “PAŞA Bank” ASC Bakıda Bədii Gimnastika üzrə keçirilən XXV Avropa Çempionatının sponsorlarından biri oldu. Bankımız Çempionat üçün xüsusi olaraq Tamaşaçı Rəğbəti nominasiyasını təsis etdi. Bu, Azərbaycan Gimnastika Federasiyasının gerbi şəklində ağ və qara brilliantlardan hazırlanan zinət əşyasıdır.

"PAŞA Bankın" qiymətli mükafatı Bədii Gimnastika üzrə XXV Avropa Çempionatının rəsmi internet səhifəsində aparılan səsvermədə ən çox səs toplayan ispaniyalı Karolina Rodrigezə nəsib oldu. Məlum olduğu kimi, yarışlarda 32 ölkəni təmsil edən 186 idmançı iştirak edirdi. Azərbaycanın idmançı qızları kontinent birliyinin 3 medalını qazandılar. Respublikamız komanda birinciliyində və yunior komandaların yarışmalarında gümüş medala sahib oldu. Müxtəlif alətlər üzrə keçirilən final yarışmalarda isə Anna Qurbanova topla çıxış edərək bürünc medal qazandı.

"PAŞA Bank" gələcəkdə də milli idmanın inkişafını dəstəkləyəcək və bu istiqamətdə əlindən gələni əsirgəməyəcək.