21/08/2014
Avqustun 21-i Azərbaycan kapital bazarları vasitəsi ilə «Embawood» MMC şirkətinin istiqrazlarının ilk dəfə olaraq Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə yerləşdirilməsilə əlaqədar olaraq ölkənin ən böyük banklarından biri olan PAŞA Bank və «Embawood» şirkətinin birgə təşkil etdiyi təqdimat mərasimi keçirildi. Tədbirdə yeni emissiya edilmiş istiqrazların anderrayteri qismində çıxış edən PAŞA Bank, PAŞA Kapital, digər banklar və seçilmiş şirkətlərin təmsilçiləri, Listinq Məsləhət Proqramı (LMP) üzrə tərəfdaş şirkətlər, broker şirkətlər və digər qonaqlar iştirak etdilər.

PAŞA Bankın İdarə Heyətinin Üzvü, Baş İnvestisiya Inzibatçısı Taleh Kazımovun sözlərinə görə, son dövrlərdə şirkətlərin kapital bazarlarına daha çox maraqlarının artdığını, korporativ istiqraz vasitəsilə aşağı maliyyətli, müddət və geri ödəniş şəkli baxımından daha əlverişli maliyyə resursları cəlb etmə imkanları əldə ediklərini qeyd etdi. "PAŞA Bank bu günə qədər 15-ə yaxın korporativ istiqraz yerləşdirməsində şirkətlərə uğurlu məsləhət və anderraytinq xidmətləri göstərmişdir. Bu günə kimi reallaşdırılan layihələrin nəticəsində PAŞA Bank və PAŞA Kapital öz kateqoriyalarında dünyanın ən nüfuzlu maliyyə jurnallarından biri olan EMEA Finance tərəfindən ilin ən yaxşı investisiya bankı və ilin ən yaxşı broker şirkəti ünvanına sahib olmuşdurlar. Qazandığımız təcrübəni ölkəmizdə fəaliyyət göstərən bütün şirkətlərlə paylaşdığımızı və bunlardan birinin «Embawood» şirkəti olduğunu, şirkətin bu günə qədər apardığı uğurlu fəaliyyətinin davamı və şirkətin qarşısında duran böyük layihələrinin reallaşdırılmasında korporativ istiqraz yerləşdirməklə cəlb etdiyi resursların əhəmiyyətli dəstəyinin olacağına inanırıq", - T. Kazımov bildirib.

Tədbirin sonunda istiqrazları ilk dəfə listinqə çıxan «Embawood» şirkəti tərəfindən "Listinqə qəbul edilmə" ilə bağlı saziş imzalanandı. İstiqrazların kütləvi təklif üsulu ilə Bakı Fond Birjası QSC-də yerləşdirilməsi 22 avqust 2014-cü il tarixindən etibarən həyata keçiriləcəkdir.