04/08/2014
Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə həyata keçirdiyi "Mən PAŞA Bankın Təqaüdçüsüyəm" adlı təqaüd proqramının seçimləri yekunlaşdı.

Qeyd edək ki, "Mən PAŞA Bankın Təqaüdçüsüyəm" layihəsi ATGTİ və PAŞA Bankın birgə həyata keçirilən layihəsi olaraq artıq 3 ildir ki, davam edir. İndiyə qədər təqaüd proqramından 40-a yaxın tələbə yararlanıb.

Layihə çərçivəsində keçirilən müsabiqənin qalibi olan 12 tələbəyə 1 il müddətinə hər ay 100 AZN məbləğində təqaüd verilir. Layihədə yalnız ali təhsil müəssisələrinin əyani şöbələrində, iqtisadiyyat və maliyyə ixtisasları üzrə təhsil alan III və IV kurs bakalavr və I kurs magistr tələbələri iştirak edə bilərlər.

Qeyd edək ki, layihədə iştirak üçün tələbələr birinci mərhələdə əvvəlcədən verilmiş mövzulara uyğun ingilis dilində öz araşdırmalarını təqdim etməli idilər və araşdırmaları fərqlənmiş tələbələr, ikinci seçim mərhələsində- müsahibə mərhələsində iştirak şansı qazanıblar.

Təqaüd almaq şansı qazanmış tələblərin adlarını təqdim edirik.

1. Firəngiz Ağayeva

2. Aysel Muradlı

3. Aysel Naibova

4. Peykər İbrahimova

5. Maqsud Qubadlı

6. Orxan Rüstəmov

7. Samir Qasımov

8. Səmra Talışinskaya

9. Aygün Səmədova

10. Ramilə Ələsgərova

11. Nigar Cəbrayılova

12. Murad Musayev