Çap

Press-relizlər

PAŞA Bank Gəncədə yeni Biznes Mərkəzini açdı

Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank, Gəncə şəhərində yeni Biznes Mərkəzinin fəaliyyətinə dair lisenziya alıb.

Bankın digər Biznes Mərkəzlərində olduğu kimi, PAŞA Bankın yeni şöbəsində də tam çeşidli bank xidmətləri göstəriləcək: kreditin rəsmiləşdirilməsi, hesablama-kassa xidməti, bank kartlarının verilməsi və xidmət göstərilməsi, kapital bazarına çıxışın təmin olunması, ticarət maliyyələşdirilməsi məsələləri üzrə konsultasiyaların keçirilməsi, vəsaitlərin depozitə yerləşdirilməsi və s.

PAŞA Bankın İdarə Heyətinin Sədri Fərid Axundovun sözlərinə görə, ölkənin qərbində ilk Biznes Mərkəzinin açılmasında məqsəd bu və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarları maliyyə vəsaitlərindən istifadə imkanları ilə təmin etməkdir.

F. Axundov yekunda bildirdi: “Hal-hazırda biz PAŞA Bank kimi etibarlı və güclü tərəfdaşın dəstəyinə ehtiyac duyan iqtisadiyyatın real sektoru ilə işimizi davam etdiririk. Kiçik və orta biznes nümayəndələri (KOB) ilə əməkdaşlığa xüsusi önəm verilir, çünki bu sektorda çox böyük potensialın olduğunu görürük. PAŞA Bankın Gəncədəki yeni Biznes Mərkəzində yerli biznesin keyfiyyətli və sabit inkişafına lazım olan tam xidmətlər spektrini təqdim edirik”.

PAŞA Bankın yeni Biznes Mərkəzi Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 242 ünvanında yerləşir. Yaxın gələcəkdə Zaqatala şəhərində tam çeşidli bank xidmətlərini göstərəcək Bankın daha bir ofisinin açılması planlaşdırılır.

https://www.pashabank.az/press_centre,654/lang,az/