05/05/2014
Azərbaycanın ən iri banklarından biri – PAŞA Bank, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birlikdə özünün Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində “Mən - PAŞA Bank təqaüdçüsüyəm” adlı III Təqaüd proqramına start verilməsini elan edir.

Layihədə yerli ali məktəblərin əyani fakültələrində iqtisadiyyat və maliyyə ixtisasları üzrə təhsil alan III və IV kurs, eləcə də magistraturaların I kurs tələbələri iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün təklif olunan 5 mövzudan birinə ingilis dilində esse-araşdırma yazılmalıdır. İşlər 2014-cü il may ayının 22-dək təqdim olunmalıdır. Əvvəlki proqramların qalibləri yeni layihədə iştirak edə bilməzlər.

Final müsahibələrin nəticələrinə görə bir il ərzində PAŞA Bankdan hər ay 100 AZN məbləğində təqaüd alacaq 12 tələbə seçiləcək. Doldurmaq üçün anket, mövzular və ətraflı məlumat ATGTİ-nin saytında https://www.asyou.az/ linki üzrə təqdim olunub.