24/04/2014
Aprelin 21-də ölkənin aparıcı banklarından biri olan PAŞA Bankın nizamnamə kapitalının 333 mln. manata qədər artmasının qeydə alınması başa çatdırıldı. Bundan əvvəl 228 mln. manat təşkil edən kapital həcminin böyüməsi səhmlərin nominal dəyərinin artırılması sayəsində mümkün olmuşdur.

Beləliklə, PAŞA Bank Azərbaycanın ən kapitallaşdırılmış özəl bankı olmaqda davam edir.