18/04/2014
Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank, Azərbaycan Diplomatik Akademiyasının tələbələri üçün "Qlobal nüfuzun yaradılması və saxlanılması" adlı seminarın keçirilməsində tərəfdaş kimi çıxış etmişdir.

Şahzadə Diananın sabiq mətbuat katibi Patrik Cefson və öz xidməti fəaliyyətində iki Amerika prezidentinin müşaviri olmuş, BP America, Shell, HSBC, Lehman Brothers və s. kimi dünyanın aparıcı şirkətlərinin korporativ kommunikasiyalar departamentlərinin rəhbəri vəzifəsində çalışmış Meri Yakobi kimi dünya şöhrətli ekspertlər tədbirdə spikerlik etmişlər.

Dəvət olunmuş mütəxəssislər dövlət başçıları, Britaniya kral ailəsinin üzvləri ilə öz iş təcrübələrini tələbələr ilə bölüşdülər, Drexel Burnham Lambert, BP, HSBC, El Paso Natural Gas Company, Lehman Brothers kimi və digər böyük şirkətlərdə tutduqları strateji əhəmiyyətli vəzifələrdə işin təfərrüatları haqqında danışdılar. Ekspertlər tələbələri maraqlandıran bütün mövzularla bağlı, həmçinin ictimai əlaqələr, brendinq və bir çox başqa sualları cavablandırdılar.