Çap

Press-relizlər

PAŞA Bank “Marketing Kingdom 2”yə sponsorluq etdi

Bakıda marketinq üzrə mütəxəssislər üçün ən əlamətdar tədbirlərdən biri keçirildi - "Marketing Kingdom 2". İki günlük peşə seminarının "Qızıl sponsoru" Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank oldu.

"The P World" agentliyi tərəfindən təşkil edilmiş beynəlxalq tədbir dünyanın ən məşhur marketoloqlarını, eləcə də satış, korporativ kommunikasiya, brendinq və digər peşə sahələrində aparıcı mütəxəssisləri bir araya gətirdi. HSBC, Philips, BP, Lehman Brothers, Pepsi, Royal Dutch Shell və başqaları kimi beynəlxalq markaları təmsil edən ekspertlər 200-dən çox iştirakçı ilə istehlak və rəqəmli marketinq, qeyri-standart reklamın səmərəliliyi, sosial mediadan istifadə mövzusunda öz təcrübələri ilə paylaşdılar.

PAŞA Bankın Korporativ Kommunikasiyalar Departamentinin Direktoru Sona Abbasovanın sözlərinə görə, dünyanın ən yaxşı marketoloqlarının iştirakı ilə keçirilən bu kimi tədbirlər iri marketinq şöbələrinin yaradılmasına kifayət qədər resursları olmayan kiçik şirkətlər üçün əvəzsizdir. "Digər tərəfdən, nəzərə almalıyıq ki, Azərbaycan iqtisadi baxımdan regionda lider dövlətə çevrilir, bu isə yerli şirkətlərin beynəlxalq bazarlara çıxışı üçün böyük imkanlar yaradır. Satış və marketinq sahəsində son tendensiyalar haqqında məlumat regional inkişafa nail olmaq, uğurlu marketinq strategiyaları inkişaf etdirmək istəyən şirkətlərə kömək edəcəkdir" - deyə S. Abbasova bildirdi.

Xatırladaq ki, bir sıra ölkələrdə hər il keçirilən "Marketing Kingdom" peşə seminarı Köhnə dünyanın ən böyük marketinq hadisələrindən biri hesab olunur. 2013-cü ildə də PAŞA Bank bu beynəlxalq tədbirin tərəfdaşı kimi çıxış etmişdir.

https://www.pashabank.az/press_centre,648/lang,az/